Azərbaycan Litva ilə heç-heçəyə razılaşdı

Bu gün futbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv yoxlama görüşündə Litva millisi ilə qarşılaşıb. Saat 18:00-da başlayan qarşılaşma, 8-ci km stadionunda keçirilib.

Azərbaycan və Litva 3-cü dəfə üz-üzə gəlib. Komandalar bundan əvvəlki matçlarda hərəyə bir dəfə qələbə qazanmışdı. 1998-ci ildə Litvanı 2:1 hesabıyla məğlub edən Azərbaycan millisi, 2008-ci ildə isə rəqibinə minimal hesabla məğlub olmuşdu – 0:1.

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində hər iki komanda bir oyun keçirib. Azərbaycan millisi ilk turda Xorvatiyaya 1:2, Litva da Lüksemburqa eyni hesabla məğlub olub.

Bu görüşdə isə tərəflər meydanı qolsuz tərk ediblər.

Yoxlama oyunu

25 mart

Azərbaycan – Litva 0:0
Baş hakim:
Fesnik Horatiu
Baş hakimin köməkçiləri: Avram Valentin, Çerey Aleksandru (hamısı Rumıniya)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Rüfət Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Mahir Mədətov, 13. Dmitri Nazarov, 15. Ömər Buludov, 19. Əli Babayev, 22. Mirabdulla Abbasov
Baş məşqçi: Nikola Yurçeviç

Litva: 1. Emilijus Zubas, 2. Linas Klimaviçius, 3. Marrus Palionis, 8. Egidijus Vaitkunas, 10. Paulius Qolubiçkas, 11. Arvydas Novikovas, 14. Vykintas Slivka, 18. Modestas Vorobjovas, 21. Nerijus Valskis, 22. Fyodor Çernıx (k), 23. Rolandas Baravikas
Ehtiyat oyunçular: 12. Dziuqas Bartkus, 16. Ernestas Setkus, 4. Vytautas Andriuskeviçius, 5. Alqis Jankauskas, 6. Justinas Marazas, 9. Donatas Kazlauskas, 13. Saulius Mikoliunas, 15. Deimantas Petraviçius, 17. Mantas Kuklis, 20. Rimvidas Sadauskas
Baş məşqçi: Valdas Urbonas

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button