“Neftçi”nin futbolçusu üçün əlamətdar oyun

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Neftçi”nin futbolçusu Voislav Stankoviç üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, serbiyalı müdafiəçi Bakı klubunun heyətində 75-ci oyuna çıxıb və 5-ci qoluna imza atıb. “Sabah”la ev matçınadək 74 görüşdə 4 dəfə fərqlənən arxa xətt oyunçusu hesabı açmaqla ikiqat yubileyi gerçəkləşdirib.

2019-cu ilin yayından “ağ-qaralar”ın heyətində çıxış edən müdafiəçi Premyer Liqada 56 (4 qol) kubokda 5 (1 qol), avrokuboklarda 14 matç keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button