Azərbaycan kuboku: Finalın başlama saatı dəyişdirildi

Futbol üzrə Azərbaycan kubokunun mayın 19-da “Qəbələ” və “Sumqayıt” klubları arasında keçiriləcək final oyununun başlama saatı dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən belə bir qərar verilib. Belə ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da yox, 17:00-da veriləcək.

Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.