Azərbaycan kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

Komanda.az xəbər verir ki, bir qarşılaşmadan ibarət bu mərhələnin görüşləri iki günü əhatə edəcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku, 1/8 final

10 dekabr

Zaqatala – Səbail
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

MOİK – Qəbələ
Bakı. “Dalğa Arena”, 17:00.

11 dekabr

Keşlə – Qaradağ Lökbatan
Bakı. “ASK Arena”, 15:00.

Sabah – Kəpəz
Masazır. “Bank Respublika Arena”, 18:00.