Azərbaycan güləşçilərindən Dağıstanda beş medal

Dekabrın 21-də Dağıstanın Qarabudaqkənd rayonunda olimpiya çempionu Məhəmməd-Həsən Abuşevin şərəfinə sərbəst güləş üzrə açıq turnir keçirilib.

Komanda.az xəbər verir ki, 23 yaşadək güləşçilər arasında keçirilən yarışda olimpiya çəkiləri üzrə mübarizə baş tutub.

Turnirdə gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında millimizin bir neçə üzvü qüvvəsini sınayıb. Onlardan beşi fəxri kürsüyə qalxıb.

Belə ki, Davud İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gəlib. Saqadulla Ağayev (86 kq) gümüş, Şahin Muxtarov (57 kq), Aydın Əhmədov və İslam Abuyev (hər ikisi 125 kq) isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button