Azərbaycan cüdoçuları üçün İtaliya sınağı

Sentyabrın 10-11-də İtaliyanın Rikkione şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.

Komanda.az xəbər verir ki, yarışa 36 ölkədən 406 idmançı qatılacaq.

Azərbaycan turnirdə 13 cüdoçu ilə medallar uğrunda mübarizə aparacaq.

Cüdoçularımıza performans direktor Mark van der Ham, böyük performans analitik Zaur Babayev, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev rəhbərlik edəcək.

Yarışdan sonra, idmançılarımız 12-17 sentyabr tarixlərində Rikkionedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

  • 60 kq
    Rövşən Əliyev
    Nazir Talıbov
  • 66 kq
    Orxan Səfərov
    Yaşar Nəcəfov
    Kəramət Hüseynov
  • 81 kq
    Səid Mollayi
    Zelim Tckayev
    Rüstəm Orucov
  • 90 kq
    Murad Fətiyev
  • 100 kq
    Zelim Kotsoyev
    Məmmədəli Mehdiyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button