Azərbaycan cüdoçuları Rusiyada ikinci oldu

Rusiyanın Sosnovıy Bor şəhərində cüdo üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

Komanda.az xəbər verr ki, 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı Azərbaycanın yeniyetmələrdən ibarət komandası da mübarizə aparıb.

Məşqçi Zaur Babayevin başçılığı altında yarışan idmançılarımız Moskva, Gürcüstan, Leninqrad vilayətinin komandalarını məğlub edərək finala çıxıblar. Həlledici görüşdə Krasnodar komandasına uduzan cüdoçularımız beynəlxalq turnirin gümüş medallarını qazanıblar.