Azərbaycan birinciliyində ikinci günün qalibləri bəlli oldu

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası tərəfindən birgə təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kq çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov qarşıdakı yarışlar, planlar və tədbirlər barədə nazir Fərid Qayıbova məlumat veriblər.

Yarışın ikinci günündə yeniyetmə qızlar və oğlanlar arasında ümumilikdə 6 çəki dərəcəsində qalib və mükafatçılar müəyyən edilib. Onların siyahısını təqdim edirik:

-46 kq
Əzizov Famil – Xaçmaz şəhəri
Mahmudlu Simran – 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı
Heydərli Kamran – 1 nömrəli Respublika İdman Olimpiya Ehtiyyatları uşaq Gənclər İdman Məktəbi, Sumqayıt
Məmmədov Elvin – Bərdə şəhəri

-50 kq
Məmişov Məhəmməd – 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı
Musayev Məhəmməd – 1 nömrəli Respublika İdman Olimpiya Ehtiyyatları uşaq Gənclər İdman Məktəbi, Bakı
İskəndərov Mirxalıq – 1 nömrəli Respublika İdman Olimpiya Ehtiyyatları uşaq Gənclər İdman Məktəbi, Bakı
Məmmədov Xalid – Zirvə idman klubu, Abşeron

60 kq
İmranov Nizami – 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı
Allahverdiyev Fariz – Neftçi İdman klubu
Cavadov Murad – Gəncə şəhəri
Səmədov Allahverdi– Zaqatala rayonu

-66 kq
Nağıyev Nicat – Azəri Cüdo idman klubu
Yusubov Ebil – Azəri Cüdo idman klubu
Nadırov Ricat – Respublika Kompleks İdman məktəbi
Sultanov Nicat– Neftçi İdman klubu

-81 kq
Bağışov Camal – Neftçi İdman klubu
İbrahimov Eldar – Neftçi İdman klubu, Sumqayıt
Məmmədov Əbduləziz– Cüdo 2012 klubu
Muradov Murad – 10 nömrəli Uşaq Gənclər İdman Məktəbi

-90 kq
Cabbarov Tamerlan – Qəbələ şəhəri
Niyazov Fərid – Cüdo klub 2020
Hacıyev Sadıq – Respublika Olimpiya İdman Liseyi
Hüseyn Məhəmməd – Neftçi İdman klubu