Azər Əliyevin komandası qələbəni əldən verdi

Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rubin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Azər bu görüşün iştirakçısı olmayıb. O, komandasının qələbəni əldən verdiyi oyunda sonadək ehtiyatda qalıb.

“Ufa” hazırda 22 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button