Ayxan Abbasov Azərbaycan millisinin hücumçusu ilə görüşdü, durumu ilə maraqlandı

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov yığmanın futbolçusu Renat Dadaşovla görüşüblər.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Görüş Türkiyənin Antalya şəhərində baş tutub.

Dadaşovun çıxış etdiyi Polşanın “Motor” klubu sözügedən ölkədə təlim-məşq toplanışındadır.

Ayxan Abbasov və İlqar Qurbanov hücumçunun hazırkı durumu ilə maraqlanıb və mövsümün ikinci yarısında ona uğurlar arzulayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button