Ayrılacağı deyilən Messi PSJ-nin forma təqdimatında – FOTO

PSJ klubu 2023/24 mövsümü üçün ev formasını təqdim edib.

Komanda.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Nike”-ın hazırladığı mavi və qırmızı rəngli formanı komanda gələn mövsüm ev matçlarında geyinəcək.

Yeni dəstdə PSJ-nin klassik dizaynına hörmətlə yanaşılıb. Belə ki, yeni forma PSJ-nin 2000-ci illərin əvvəllərində geyindiyi formaların oxşarıdır.

Formanın təqdimatında Kilian Mbappe, klubdan ayrılacağı gözlənilən Lionel Messi, Neymar və PSJ-nin digər futbolçuları iştirak ediblər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button