“Çelsi” ÇL-in ən böyük favoritlərindən biridir” – Ten Haq

“Ayaks”ın baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Çelsi” ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Çelsi”nin turnirin favoritlərindən olduğunu deyən Erik ten Haq, “Bavariya”nı çalışdıracağı haqda iddialardan da danışıb:

“Çelsi” ÇL-in ən böyük favoritlərindən biridir. Çətin oyun olacaq. Səbirsizliklə bu matçı gözləyirik. İstədiyimiz kimi oynasaq, qalib gəlmək üçün şansımız olacaq.

“Bavariya”dan təklif almamışam. “Ayaks”da oyunçular və texniki heyətlə yaxşı əlaqələrim var. Bu mövsüm burda qalacam”.

Bu gün keçiriləcək “Çelsi” – “Ayaks” oyunu saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button