Axmaq olmayan Hamşik bilirdi ki… – “Napoli”nin prezidenti

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandadan ayrılacağı iddia edilən Marek Hamşik haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İtaliya  mətbuatına danışan Laurentis, Hamşikin Çin təmsilçisi “Dalyan İfan” klubuna keçə biləcəyini təsdiqləyib:

“Hamşik “Napoli”nin futbolçuları üçün həmişə yaxşı nümunə olub. Çətin vaxtlarda belə, heç kimə xəyanət etmədi. Mövsümün əvvəlində Çinə getmək istədiyini demişdi. Ancaq icazə vermədim. Çünki Karlo Ançelotti yeni baş məşqçi təyin olunmuşdu və bütün oyunçuları görməsini istəyirdim.

Sonra Fabian Ruiz gəldi. Axmaq olmayan Hamşik, öz mövqeyində 4 futbolçu olduğunun fərqindəydi. Bunlardan biri Ruiz idi. Hamşik bilirdi ki, Ruiz ondan güclüdür və Çinə gedərək yaxşı pul qazana bilər. Buna görə də, komandadan ayrılmaq istəyir”.

İtaliya mətbuatı Hamşikin “Dalyan İfan” klubuyla 3 illik müqavilə imzalayacağını iddia edir. Transferin reallaşacağı təqdirdə, slovakiyalı futbolçu illik 9 milyon avro məvacib alacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button