Buffonun yeni klubu rəsmən açıqlandı

“Yuventus”la müqaviləsini yeniləməyən Canluici Buffonun yeni ünvanı məlum olub.

Komanda.az xəbər verir ki, 43 yaşlı qapıçı “Parma” klubuna keçib. Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buffonla imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Parma”nın yetirməsi olan Buffon 1994-2001-ci illər aralığında bu klubda çıxış edib.

Canluici Buffon 2001-ci ildə “Parma”dan “Yuventus”a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb.