İddia: “Real”, “Barselona” və “Yuventus” ÇL-dən kənarlaşdırılacaq!

Avropa Super Liqası layihəsinin yaradıcılarından sayılan İspaniyanın “Real”, “Barselona” və İtaliyanın “Yuventus” klubları yeni mövsümdə Çempionlar Liqasında iştirak etməyə bilərlər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın “La Reppublica” nəşri məlumat yayıb. Xəbərdə, UEFA-nın hər üç klubu Çempionlar Liqasından kənarlaşdıracağı bildirilib. Bununla bağlı qərar bu həftə ərzində açıqlanacaq.

Aprelin 19-da fəaliyyətə başlayan Avropa Super Liqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin qısa zamanda artan təzyiqlər nəticəsində “Real”, “Yuventus” və “Barselona” istisna olmaqla, digər komandalar yarışdan imtina etmişdilər.

UEFA bir neçə gün öncə “Real”, “Barselona” və “Yuventus” klublarına qarşı intizam işi açdığını elan edib. Belə bir qərar etika və intizam məsələləri üzrə inspektorların apardığı araşdırmalardan sonra qəbul edilib. İş UEFA-nın normativ-hüquqi bazasının mümkün pozuntusu ilə əlaqədar qaldırılıb. Proseslə bağlı əlavə informasiyanın daha sonra veriləcəyi vurğulanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button