Avropa Super Liqası dayandırıldı!

Avropa Super Liqası layihəsi İngilis klublarının çəkilməsindən sonra yenidən nəzərdən keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Xəbərdə, layihənin dəyişdirilməsi üçün ən uyğun addımların yenidən nəzərdən keçiriləcəyi bildirilib.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

UEFA, FİFA-nın təzyiqlərindən və futbol ictimaiyyətinin narazılığından sonra İngiltərənin 6 klubu turnirdən geri çəkilib. İtaliya mətbuatının xəbərinə görə, yaxın zamanda “Milan” və “İnter” də Avropa Super Liqasından çıxdıqlarını açıqlayacaq.