“Avropa Liqasında qəhrəman olmaq istəyirik” – Konte

UEFA Avropa Liqasının yarımfinal mərhələsində Ukraynanın “Şaxtyor” klubuna 5:0 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanan “İnter”in (İtaliya) baş məşqçisi Antonio Konte oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, böyükhesablı qələbəni şərh edən 51 yaşlı mütəxəssis, “Sevilya” ilə keçirəcəkləri final matçı barədə də danışıb:

“Şaxtyor” çox istedadlı komandadır, oyun ərzində onların meydanın hər yerində təzyiqlə oynamasının qarşısını aldıq. Rəqib futbolçular ötürmələrdə çox keyfiyyətlidir və sürətlidir, amma onları müdafiə olunmağa məcbur etdik. Cəsarətlə oynadıq, doğru olanı etdik. Futbolçularım bütün xoş sözlərə layiqdir.

“Sevilya”nın bu turnirdə çox böyük təcrübəsi var, amma bizim də həvəsimiz, aclığımız və insanları təəccübləndirmə arzumuz var. Peşmanlıq hiss etmədən meydanı tərk etməliyik, əlimizdən gələn hər şeyi etdiyimizi bilməliyik. Avropa Liqasında qəhrəman olmaq istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button