“Avropa Liqası A Seriyası qədər vacib yarışdır” – “Roma”nın hücumçusu

“Roma”nın hücumçusu Andrea Belotti Avropa Liqasında “Servett” (İsveçrə) üzərində qazanılan böyükhesablı qələbəni şərh edib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan futbolçu, Avropa Liqasının qalibi olmaq istədiklərini bildirib:

“İkinci hissədə oyunu dərhal başa vurmaq niyyəti ilə meydana çıxdıq və bunu 10 dəqiqəyə etdik. İlk hissədə şansları əldən verdik və bu, baş verməməlidir. Biz bu turnirdə qalib gəlmək istəyirik, bütün oyunlara düzgün yanaşmalıyıq. Avropa Liqası A Seriyası qədər vacib yarışdır. Komanda olaraq böyümək istəyiriksə, düzgün tarazlığı tapmalıyıq”.

“Roma” “Servett”i 4:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button