“Avropa çempionu olmaq istəyirsənsə, hamını məğlub etməlisən” – Belçikalı futbolçu

Belçika millisinin qapıçısı Koen Kastels Azərbaycan yığmasına qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı qapıçı 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatına da iddialı yollanacaqlarını bildirib:

“Aydındır ki, Avropa çempionu olmaq istəyirsənsə, hamını məğlub etməlisən. Əvvəlcə isə ilkin mərhələdə olan rəqibləri üstələmək lazımdır. Yağışla əlaqədar sabah meydan yaş ola bilər ki, bu da çətinlik yaradır. Üstəlik, dünəndən Avropa çempionatının yeni topları ilə məşq edirik. Yağışda buna öyrəşmək vaxt tələb edir”.

Noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button