
Avropa çempionatı: Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxacaq
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Serbiya ilə üz-üzə gələcək. Qarşılaşma “Tipos Arena”da, saat 22:45-də start götürəcək.
Digər yarımfinal matçında Macarıstan və Ukrayna yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 21:15-də başlayacaq.
F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



