Avropa çempionatı: Azərbaycan millisi bu gün 1/4 finalda Çexiya ilə qarşılaşacaq

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün 1/4 final oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda Çexiya ilə üz-üzə gələcək.

Qarşılaşma “Tipos Arena”da, saat 00:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya – Serbiya duelinin güclüsü ilə görüşəcək.

1/4 finalda həmçinin, Macarıstan – Bolqarıstan və Gürcüstan – Ukrayna oyunları baş tutacaq.

Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub – 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button