Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri məlum olub

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Azərbaycan Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, 8 gün davam edəcək yarışda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri məlum olub.

Çempionatın ilk günündə Əzrək Bəbirov (57 kq) və Cəlal Qurbanov (63,5 kq) rinqə çıxacaqlar.

Avropa çempionatı

12 noyabr

1/16 final

Cəlal Qurbanov (63,5 kq) – Bartlomey Roskovij (Polşa)

1/8 final

Əzrək Bəbirov (57 kq) – Ariol Zeneli (Albaniya)

13 noyabr

1/16 final

Maqsud Xasmetov (60 kq) – Berat Çivelek (Türkiyə)

1/8 final

Nicat Hüseynov (51 kq) – Françesko Messineo (Almaniya)

Ruslan Qədirov (54 kq) – Tommaso Skiacca (İtaliya)

Seyid Seyidov (86 kq) – Yakub Strajevski (Polşa)

Mirxəyal Məmmədov (92 kq) – Mateuş Berezniçki (Polşa)

Aslan Mövsümova (+92 kq) – Nikita Putilov (Almaniya)

Zeynəb Rəhimova (54 kq) – Viktoriya Roqalinska (Polşa)

14 noyabr

1/8 final

İlqar Salahov (67 kq) – Fatih Kaya (Türkiyə)

Rəşid Həsənov (71 kq) – Dariuş Znamyeç (Polşa)/Corc Smoloviç (Monteneqro)

Daniel Xolostenko (75 kq) – Malek Semmo (Almaniya)

Murad Allahverdiyev (80 kq) – Kromvell Kommeyalfred (İtaliya)

15 noyabr

1/4 final

Mehparə Məmmədova (48 kq) – Rahibə İsmayılova (Gürcüstan)

Marjona Savriyeva (50 kq) – İrina Vinaradava (Belarus)

16 noyabr

1/4 final

Tural Sarıyev (48 kq) – Padraiq Dovney (İrlandiya)

Qeyd edək ki, yarışın final döyüşləri noyabrın 19-da olacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button