Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu ada Lion “Olimpik”indən (Fransa) Rayan Çerki layiq görülüb.

O, səfərdə “Brondbü”yə (Danimarka) 3:1 hesabıyla qalib gəldikləri oyunda dubla imza atıb.

Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Bayer”dən (Almaniya) Robert Andrix, “Spartak”dan (Moskva, Rusiya) Aleksandr Sobolyev və “Reyncers”dən (Şotlandiya) Alfredo Morelos da namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button