Avroliqa tarixində rekord məsafədən qol vuruldu – VİDEO

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində E qrupunun “Omoniya” (Kipr) – PSV (Niderland) qarşılaşmasında yeni rekord qeydə alınıb.

Komanda.az xəbər verir ki, “Omoniya”nın futbolçusu Avroliqa tarixində ən uzun məsafədən qol vurub.

Belə ki, qarşılaşmanın 29-cu dəqiqəsində Jordi Qomes 56 metrlik məsafədən topu rəqib qapısından keçirib. Bu, turnirin tarixində ən uzaq məsafədən vurulan qol olub.

Qeyd edək ki, qarşılaşma PSV-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qomes bununla Şotlandiyanın “Reyncers” klubunun oyunçusu Kemar Rufun rekordunu yeniləyib. O, oktyabrın 22-də Belçikanın “Standard” komandasına 50 metrlik məsafədən qol vurmuşdu.