“Atletiko”nun hədəfindəki 3 “Portu”lu

“Atletiko” klubu “Portu”nun 3 futbolçusunu transfer etməyə yaxındır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi Portuqaliya klubundan müdafiəçilər Auqusto Felipe, Aleks Telles və yarımmüdafiəçi Hektor Herreranı heyətinə qatmaq istəyir.

“Atletiko”nun Felipe və Tellesin transferində “Portu” ilə artıq razılaşdığı bildirilir. Herreranın durumuna isə yaxın günlərdə aydınlıq gələcək.

“Atletiko”da Dieqo Qodin, Antuan Qrizmann, Felipe Luis, Lukas Hernandes və Xuanfran mövsümün sonunda klubdan ayrılacaq.