“Atletiko” Qrizmannla danışıqlara başlayıb

Antuan Qrizmann “Atletiko” ilə danışıqlara başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard “Atletiko” ilə müqaviləsini uzada bilər. Tərəflər artıq əməkdaşlığın uzadılması ilə bağlı danışıqlara başlayıb.

Qrizmannla klubu arasındakı hazırkı müqavilə 2026-cı ilin yayında başa çatacaq. Əvvəllər hücumçunun adı MLS klubları ilə yanaşı hallanırdı.

Qrizmann bu mövsüm 41 matçda iştirak edib. Onun aktivində 21 qol və 8 məhsuldar ötürmə var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button