“Atletiko”nun hücumçusu “Barselona” ilə oyunu buraxacaq

“Atletiko” İspaniya La Liqasının 24-cü turunda “Barselona” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi sözügedən oyunda hücumçu Antuan Qrizmannın köməyindən istifadə edə bilməyəcək. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Qrizmann zədə səbəbindən komandanın son məşqində iştirak etməyib. O, La Liqada “Barselona”ya qarşı keçiriləcək oyunu buraxacaq.

Sabah keçiriləcək “Barselona” – “Atletiko” matçı saat 19:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button