“Heyət seçiminə görə peşman deyiləm” – Qasperini

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasında “Real”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qasperini, 1:3 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Heyət seçiminə görə peşman deyiləm. Daha yaxşı oynamaq istəyirdik. Çox təəssüf ki, belə alındı. Burda olmaq hər bir komanda və məşqçi üçün təcrübədir. Avropanın ən güclü komandalarından birinə qarşı oynamaq şansımız oldu. Hələ də məyusuq, lakin ümumilikdə yaxşı mövsüm keçiririk”.

“Atalanta” klub tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a uduzaraq (ilk oyun 0:1, cavab oyunu 1:3) turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button