Koutinyo: “Cerrarda heyranam”

“Aston Villa”nın yeni transferi Filippe Koutinyo açıqlama verib.

Komanda.az xəbər verir ki, London təmsilçisinin mətbuat xidmətinə danışan braziliyalı yarımmüdafiəçi, “Aston Villa”ya keçdiyi üçün xoşbəxt olduğunu söyləyib:

“Belə böyük kluba keçdiyim üçün çox şadam. Baş məşqçi Stiven Cerrardla danışdım və mənə planlarını söylədi. Cerrardı çoxdan tanıyıram. Onunla birlikdə oynamışam və ondan çox şey öyrənmişəm. Cerrarda heyranam. Ümid edirəm ki, burda özümü sübut edə biləcəm”.

Müqavilə ilə “Barselona”ya məxsus olan Koutinyo mövsümün sonuna qədər icarə əsasında “Aston Villa”da çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button