
Asim Xudiyev UEFA Konfrans Liqası oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.
Bu barədə Komanda.az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.
O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda baş tutacaq “Universitatya Krayova” (Rumıniya) – “Maynts” (Almaniya) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma noyabrın 27-də, Krayova şəhərindəki Yon Oblemenko adına stadionda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



