“Arzum PSJ ilə Çempionlar Liqasını qazanmaq idi” – Silva

“Çelsi”nin müdafiəçisi Tiaqo Silva PSJ-də oynamasından danışıb.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, keçmiş klubu ilə Çempionlar Liqasının qalibi ola bilməməsini yada salıb:

“Deyə bilərəm ki, Neymar, Markinyos və Marko Verratti kimi arzum PSJ ilə Çempionlar Liqasını qazanmaq idi. Markinyosun hələ də şansı var, amma digərləri Paris klubundan ayrılıb. Orada bizim üçün hər şey bitdi. Neymar təbii ki, qalmaq istərdi. Çempionlar Liqasını qazanmaq onun arzusu idi. PSJ-də Çempionlar Liqası bizi çox yükləyirdi. “Çelsi”yə gələndə bu təzyiqi aradan qaldırdım. Artıq PSJ-dəki kimi məsuliyyət daşımıram. Özümü daha yüngül hiss edirəm”.

39 yaşlı Silva “Çelsi” ilə 2020/21 mövsümündə Çempionlar Liqasının qalibi, PSJ ilə 7 qat Fransa çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button