Artetadan zədəli futbolçu ilə bağlı açıqlama

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın yarımmüdafiəçisi Tomas Partinin zədə səbəbindən mövsümün qalan hissəsini buraxa biləcəyini açıqlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, futbolçu ilə bağlı vəziyyətin nikbin görünmədiyini bildirib:

“Növbəti müayinədən sonra aldığımız xəbər o qədər də yaxşı deyil. Mövsümün sonuna qədər Tomasın yenidən meydana çıxa biləcəyi inandırıcı görünmür. Amma biz gözləyəcəyik və ümid edəcəyik. Parti mümkün qədər tez qayıtmağa çalışacaq. Lakin indi hər şey heç də nikbin görünmür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button