“Arteta ilə bağlı fikrimi bilirsiz” – Venger

İngiltərənin “Arsenal” klubunun keçmiş baş məşqçisi Arsen Venger açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, London klubuna baş məşqçi təyin olunacağı deyilən Mikel Arteta ilə bağlı danışıb:

“Arsenal” azarkeşiyəm və hansı məşqçi təyin olunsa, onu dəstəkləyəcəm. Komanda hazırda çətin bir dövr keçirir, bu barədə çox danışmaq istəmirəm. Hər bir azarkeş kimi, mən də əziyyət çəkirəm. Artetanın böyük gələcəyi var, o, köməki-məşqçi kimi çox şey öyrəndi. Arteta ilə bağlı fikrimi bilirsiz. O, peşəkar insandır, buna şübhəm yoxdur. Baş məşqçi təyin olunacağı halda, o, böyük dəstək görməli və klubda yaxşı bir mühit yaradılmalıdır. Hər bir klub, xüsusən də, “Arsenal” böyük dəyərlər üzərində qurulub və komanda daxilində olan bütün insanlar bunu başa düşməlidirlər. Bu, çox vacibdir. Klubu böyük edən onun dəyərləridir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button