DÇ-2022-də ofsaydla bağlı yeni texnologiya tətbiq olunacaq

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Goal” nəşrinə danışan fransalı mütəxəssis, DÇ-2022-də ofsayd zamanı qərarların avtomatik veriləcəyini bildirib:

“VAR-ı çox tənqid edirlər. Bu sistem oyunu yavaşladır. DÇ-2022-də ofsayd məsələsi avtomatlaşdırılacaq. Bu barədə çox danışmaq istəmirəm. Texnologiya inqilabı ola bilər”.

Hazırda FİFA-da işləyən Venger 1996-cı ildən 2018-ci ilin yayına qədər “Arsenal”ı çalışdırıb.