Mbappeni Peleyə bənzətdi

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger PSJ-nin hücumçusu Kilian Mbappe haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis, Mbappeni keçmiş hücumçu Peleyə bənzədib:

“Mbappenin 17 yaşı olanda onun yeni Pele ola biləcəyini söyləmişdim. Pele dünya çempionatını iki dəfə qazanıb? Mbappe ikinci dəfə dünya çempionu olsun, görəcəyik. Ağlı və xarizması var. Mbappe qısa vaxtda zirvəyə yüksəldi”.

Mbappe bu mövsüm PSJ ilə 27 oyunda 19 qol vurub, 15 məhsuldar ötürmə verib.