“Arsenal”ın hədəfindəki 2 futbolçu

İngiltərənin “Arsenal” klubu yay pəncərəsi üçün transfer hədəflərini müəyyənləşdirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular” orta sahə və hücum xəttini gücləndirmək niyyətindədir. “Arsenal” “Mançester Siti”nin hücumçusu Qabriel Jezus və “Lester”in yarımmüdafiəçisi Yuri Tilemansın transferini nəzərdən keçirir.

Tilemans bu mövsüm 46 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qabriel Jesus isə cari mövsümdə “Mançester Siti”nin heyətində 39 oyuna çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button