“Arsenal” “Real”ın sabiq futbolçusunu transfer etmək istəyir

“Xetafe”nin hücumçusu Borxa Mayoral karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” ispaniyalı futbolçunun transferində maraqlıdır. Müqavilə yay transfer pəncərəsində tamamlana bilər.

Mayoral “Real”ın yetirməsidir. O, 2015-ci ildən Madrid klubunun əsas komandasında oynamağa başlayıb. 27 yaşlı hücumçu 2022-ci ilin avqust ayında “Xetafe”yə transfer olunub və klubla müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button