“Arsenal”ın futbolçusu karyerasını bitirir


“Arsenal”ın qolkiperi Petr Çex karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Komanda.az xəbər verir ki, 36 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabından məlumat yayıb. Çex cari mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini deyib.

Karyerası ərzində “Sparta” (Praqa), “Çelsi” kimi klublarda forma geyinən Çex, 2015-ci ildən “Arsenal”ın şərəfini qoruyur.

O, 124 dəfə də Çexiya millisində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button