“Arsenal”ın baş məşqçisindən Rays və Havertslə bağlı açıqlama

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubun “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays və “Çelsi”nin futbolçusu Kay Havertslə maraqlanması ilə bağlı şayiələrə münasibət bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi hər iki futbolçu haqda dəqiq fikir bildirə bilməyəcəyini deyib:

“Deklan Rays o qədər yaxşıdır ki, “Arsenal” onu 100 milyon avroya satın almağı düşünür? Klubda olmayan futbolçular haqda danışa bilmərəm. Mən heç nə deməməyi üstün tuturam.

Haverts? İstedadın öz qiyməti var və “Arsenal”da biz həmişə təcrübəli gənclərlə maraqlanırıq. Haverts cəmi 24 yaşı olan istedadlı, çoxyönlü oyunçudur”.

Daha əvvəl bildirilmişdi ki, Raysın transferi uğrunda “Arsenal” və “Mançester Siti” mübarizə aparır. “Topçular” Havertsin transferində əsas namizəd hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button