“Onlara istədiklərini verməliydik” – Emeri

“Arsenal”ın baş məşqçisi Unay Emeri Premyer Liqanın 13-cü turunda “Sauthempton”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Emeri, 2:2 hesabıyla bitən görüş haqda bunları deyib:

“Məyusuq. Qazanmaq üçün kifayət qədər imkanlarımız oldu, ancaq bacarmadıq. Oyunboyu azarkeşlər bizə möhtəşəm dəstək göstərdi. Azarkeşlərimizi başa düşürəm. Onlara istədiklərini verməliydik.

Futbolçularımın qazanma istəyi var idi. Ancaq oyunumuzu 90 dəqiqəyə yaya bilmədik. Yenə də, meydanda sonuna qədər döyüşən komanda var idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button