“Ən yaxşı futbolçular hər zaman “Arsenal”a keçmək istəyib”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, dünyanın ən yaxşı oyunçularının “Arsenal”a gəlmək istədiyini söyləyib:

“Bu klub tarixən heyətində ən yaxşı oyunçuları saxlayıb. Ən yaxşı futbolçular hər zaman “Arsenal”a keçmək istəyib. Düşünürəm ki, indi də vəziyyət belədir.

Hər dəfə bir futbolçu ilə danışıqlar aparanda onda “Arsenal”a olan xüsusi sevgini görürük. Mən başqa cür yanaşanını görməmişəm. Bu, bizim güclü tərəflərimizdən biridir. “Arsenal” istədiyi oyunçunu komandaya gətirə bilər”.