“Arsenal”da 7 ayrılıq – RƏSMİ

İngiltərənin “Arsenal” klubu 7 futbolçusu ilə yolları ayırıb.

Komanda.az xəbər verir ki, London klubu qapıçı Petr Çex, müdafiəçilər Stefan Lixtştayner, Xulio Pleqesuelo, Koen Bramall, yarımmüdafiəçilər Aaron Remsi, Çarli Qilmor və hücumçu Denni Uelbeklə vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onlar müqavilələrinin müddəti başa çatdığı üçün London təmsilçisini tərk ediblər.

Qeyd edək ki, adı çəkilən futbolçulardan Petr Çex karyerasını başa vurduğu üçün “Arsenal”dan gedib. Digərləri isə böyük ehtimalla tezliklə özlərnə yeni klub tapacaqlar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button