“Arsenal” 76 milyon avroluq transferi bitirməyə yaxındır

“Çelsi”nin futbolçusu Kay Haverts “Arsenal”a keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “topçular”la 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. “Arsenal” Haverts üçün “zadəganlar”a 76 milyon avro ödəyəcək.

Almaniyalı futbolçu 2022/23 mövsümündə “Çelsi”nin heyətində 47 oyuna çıxıb, doqquz qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button