“Arsenal” sona qədər mübarizə aparacaq” – Keçmiş futbolçu

“Arsenal”ın keçmiş futbolçusu Pol Merson bu mövsüm komandanın çempionluq titulu uğrunda mübarizəsindən danışıb.

Komanda.az xəbər verir ki, “Mirror”-a danışan veteran futbolçu “topçular”ın hücumçuları Qabriel Jezus və Eddi Nketiyanı “Liverpul”un hücumçusu Məhəmməd Salahla müqayisə edib:

“Məncə, “Arsenal” sona qədər çempionluq uğrunda mübarizə aparacaq. Ötən gün “Kristal Pelas”la matçda əla nəticə əldə etdilər. Onlar çempionluq uğrunda mübarizə aparan komandalar sırasındadır. Amma Jesuz və Nketiya Salah qədər qol vurmayacaq. Halbuki, Salah hücumun sağ cinahında oynayır. Bu, “Liverpul” üçün böyük üstünlükdür. Mersisaydlılar son vaxtlar oynadıqları kimi oynamağa davam etsələr, uzun müddət titul uğrunda mübarizə apara bilərlər”.

55 yaşlı veteran futbolçu 1985-1997-ci illərdə “Arsenal”da 289 matça çıxıb, 78 qol vurub.

İngiltərə Premyer Liqasının 21 turundan sonra turnir cədvəlinə “Liverpul” (48 xal) başçılıq edir. “Arsenal” “qırmızılar”dan 5 xal geri qalaraq üçüncü yerdədir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button