“Arsenal” Havertsin transferini bitirib?

“Arsenal” qısa zamanda “Çelsi”nin futbolçusu Kay Havertsi transfer etdiyini elan edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı almaniyalı “topçular”a keçidi ilə bağlı bütün rəsmi sənədlərə imza atıb. Onun transfer məbləği 75 milyon avrodur.

Almaniya millisinin üzvü 2020-ci ilin sentyabrından “Çelsi”də çıxış edir. 2022/23 mövsümündə o, “zadəganlar”ın heyətində 47 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button