“Arsenal” braziliyalı futbolçu üçün növbəti təklifini edəcək

“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşi transfer etmək ümidini hələ də saxlayır.

“Sağsağanlar” London klubunun braziliyalı futbolçu üçün ilk təklifini geri çevirib. Buna baxmayaraq, tərəflər arasında danışıqlar davam edir.

Komanda.az “The Chronicle”-a istinadən xəbər verir ki, “Arsenal” rəhbərliyi 65 milyon funt-sterlinqlik (təxminən 76 milyon avro) təklifin “Nyukasl”ı razı salacağını düşünür.

“Transfermarkt” portalı 28 yaşlı yarımmüdafiəçinin dəyərini 70 milyon avro qiymətləndirir.

“Arsenal” artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Ancaq Gimarayeş hələlik “Nyukasl” rəhbərliyindən transferinə razılıq verilməsini xahiş etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button