“Arsenal” darmadağın oldu, futbolçusunu itirdi

İngiltərə liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində “Mançester Siti”yə 1:4 hesabı ilə məğlub olan “Arsenal” ciddi itki ilə üzləşib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun futbolçusu Qabriel Martinelli sıradan çıxıb. Oyunun 49-cu dəqiqəsində zədələnən 19 yaşlı futbolçu matçı davam etdirə bilməyib və əvəzlənib. Onun hansı müddətə sıradan çıxdığı məlum deyil.

Mart ayında dizindən zədələnən Martinelli zədədən yeni qayıtmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button