
“Arsenal” Alvares üçün iki futbolçusunu təklif edir
“Arsenal” “Atletiko”nun hücumçusu Xulian Alvaresə marağını qoruyur. Madridlilər argentinalı oyunçunu buraxmaq niyyətində olmadıqları üçün transferinə görə kifayət qədər yüksək məbləğ tələb edirlər.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “topçular” mümkün razılaşma çərçivəsində iki futbolçusunu – vinger Qabriel Martinelli və hücumçu Qabriel Jezusu müqaviləyə daxil etməyi nəzərdən keçirir. Hələlik La Liqa təmsilçisinin braziliyalı futbolçuların namizədliyinə necə yanaşdığı məlum deyil.
“Transfermarkt” portalına görə, Alvaresin bazar dəyəri 100 milyon avro təşkil edir. Martinellinin qiyməti 45 milyon, Jezusun dəyəri isə 20 milyon avro olaraq göstərilir.
26 yaşlı futbolçu son vaxtlar “Atletiko”dan ayrılmaq barədə ciddi düşünməyə başlayıb. Onunla maraqlanan klublar sırasında “Barselona”nın da adı çəkilir.
Bizi Facebook-da izləyin



