“Boka Xuniors”da Teveslə bağlı qərar rəsmən açıqlandı

Argentinanın “Boka Xuniors” klubu futbolçusu Karlos Tevesin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı hücumçuyla yeni – bir illik müqavilə imzalanıb. Teves 2018-ci ilin yanvarından “Boka Xuniors”da çıxış edir.

Karyerası ərzində “Mançester Yunayted”, “Yuventus”, “Vest Hem” kimi klubların formasını geyinən Teves, 76 dəfə də Argentina millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button