
Argentinalı futbolçu “Real”a can atır
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes karyerasını “Real”da davam etdirməyə hazırdır.
25 yaşlı futbolçu “kral klubu”nun bu transferi reallaşdırmasının çətin olacağını başa düşsə də, keçidini asanlaşdırmaq üçün müxtəlif addımlar atır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu son vaxtlar açıq şəkildə Madrid klubuna keçmək istədiyini hiss etdirir.
O, bu addımı ilə ümumiyyətlə, transferin mümkün olub-olmadığını anlamağa çalışır. Futbolçu yaxın zamanda verdiyi müsahibədə Madriddə yaşamaq istədiyini bildirib ki, bu da “Real” üçün açıq mesaj kimi qiymətləndirilib.
Fernandesin “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir. Bu səbəbdən, onun transferinin baş tutma ehtimalı hazırda yüksək hesab edilmir.
Bizi Facebook-da izləyin



